XƏBƏR LENTİ

04 Dekabr 2020

Digər Xəbərlər

10 Aprel 2019 - 18:22

Tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə qoşulması üçün nəzərdə tutulan müddət azaldılıb- FƏRMAN

Azərbaycan Prezidenti İlham Əliyev “Sahibkarların tələb olunan gücü 150 kVt-a qədər (150 kVt da daxil olmaqla mövcud 0,4 kV-luq şəbəkədən) olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə (ETŞ) qoşulması Qaydası”nda dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

“Report” xəbər verir ki, bu dəyişiklik tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə qoşulması üçün nəzərdə tutulan müddətin azaldılmasını nəzərdə tutur.

Dəyişikliyə əsasən, enerji təchizatı şəbəkəsinə qoşulma haqqı sifarişçinin tikinti obyektinin ETŞ-yə qoşulmasının 20 gün müddətində və daha az müddətdə həyata keçirilməsinə görə fərqli məbləğlərdə müəyyən ediləcək. İndiyədək isə bu müddət 24 gün idi.