XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

12 Aprel 2019 - 14:46

Məktəbdə xəsarət alan şagirdi xəstəxanadan evə buraxılıb –FOTO

Bakının 321 nömrəli tam orta məktəbinin xəsarət alan şagirdi xəstəxanadan evə buraxılıb.

Trend-in məlumatına görə, bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib.

Bundan əvvəl 1 saylı Kliniki Tibbi Mərkəzdə şagirdə baş çəkdiyini deyən C.Valehov qeyd edib ki, həkimlərin rəyinə görə 7-ci sinif şagirdi Aqşin Hüseynzadənin sağlamlığı ilə bağlı xüsusi problem yoxdur.

Nazirlik rəsmisi deyib ki, araşdırma aparıldıqdan sonra əlavə məlumat veriləcək.