Sərnişinlərin istək və təkliflərini nəzərə alaraq, 22 aprel 2019-cu ildən etibarən Bakı-Sumqayıt-Bakı istiqamətində hərəkət edən elektrik qatarlarının qrafiki dəyişdirilir.
Strateq.az “Azərbaycan Dəmir Yolları” QSC-yə istinadən bildirir ki, gün ərzində Bakı-Sumqayıt-Bakı marşrutu üzrə hərəkət edən qatarların sayı 13 cütdən 14 cütə çatdırılıb.
Eləcə də Bakıdan yola düşmə və Bakıya çatma vaxtlarında optimallaşdırma aparılaraq dəyişiklik edilib.