XƏBƏR LENTİ

26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

01 Mart 2016 - 14:58

Universitetdə islahat:Rektor əmr verdi, struktur dəyişikliyi oldu

iqtisad-uni

 

Azərbaycan Dövlət İqtisad Universitetində idarəetməni təkmilləşdirmək və səmərəli idarəetmə formalarını seçmək üçün struktur islahatları aparılıb.

 

Universitetin mətbuat xidmətindən Strateq.az-a verilən məlumata görə, universitetin Elmi Şurasında qəbul edilən qərara əsasən “İqtisadiyyat və sənaye” və “Beynəlxalq iqtisadi münasibətlər” fakültələri birləşdirilərək, “İqtisadiyyat” fakültəsi yaradılıb.

 

Elmi Şuranın digər qərarı ilə “Beynəlxalq ticarət və gömrük işi” və “Ticarət” kafedraları birləşdirilərək, “Ticarət və gömrük işi” kafedrası yaradılıb. Bundan başqa, şura üzvləri "Təcrübə və işədüzəltmə" şöbəsinin ləğv edilərək, əvəzində iki qurum – "Təcrübənin təşkili" şöbəsi və "Karyera Mərkəzi" yaradılması barədə qərar qəbul olunub.

 

Qeyd edilib ki, "Təcrübənin təşkili" şöbəsi bakalavrların ixtisas və istehsalat təcrübəsi, magistrantların isə elmi tədqiqat və elmi pedaqoji təcrübələri ilə məşğul olacaq.

 

Karyera Mərkəzi isə tələbələrin bilik, praktiki bacarıq və vərdişlərinin artırılması, onların məşğulluq problemlərinin həll edilməsi üzrə kompleks təşkilati, texniki, informasiya, konsaltinq, tədris və maarifləndirmə tədbirlərinin həyata keçirəcək.