XƏBƏR LENTİ

29 Oktyabr 2020

Digər Xəbərlər

01 Mart 2016 - 15:42

“Günəbaxan tumları ciddi xəstəlik yaradır” –Ekspert təhlükə anonsu verdi

tum-simicka-gunebaxan

 

Son günlər mətbuatda “Beloçka” günəbaxan tumlarının insan orqanizmi üçün ciddi təhlükə mənbəyi olması ilə bağlı məlumatlar yayılır.

 

Məlumata görə, yüksək temperatur altında qurudulan “Beloçka” tumları qablaşdırıldıqdan sonra kiflənir. Bundan istifadə zamanı insanlarda müxtəlif xəstəliklər əmələ gəlir. 


Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov məsələ ilə bağlı aznews.az-a danışıb. O, bu tumların satışı zamanı insanların kampaniyalarla aldadıldığını deyib:

""Beloçka" tumlarının satışı hədiyyə kampaniyası ilə birlikdə təşkil olunur və bununla da insanlarda maraq yaradırlar. Əslində bu, ciddi mədə-bağırsaq və alergiya xəstəliklərinə gətirib çıxaracaq bir biznesdir”.

 

E.Hüseynov nəinki “Beloçka”, hətta bütün günəbaxan tumlarının istehlakının dayandırılmalı olduğunu deyib: 

 

“Təhlükəli və pis mal müəyyən partiyaya aid olan anlayışdır. Bu, hansı ölkədə aşkarlansa həmin partiya mal gərək satışdan geri götürülsün. Çox təəssüf ki, Azərbaycanda qidanın malların geri çağırılma prosedurası yoxdur. Bu cür mallardan insanlar kütləvi sürətdə zəhərlənirlər. Ümumiyyətlə, tum çırtlamaq mədəniyyətsiz bir hərəkət olduğu halda, tumun Azərbaycanda reklam olunur. Mən bunun qəti şəkildə əleyhinəyəm. Gərək Azərbayanda belə mallar reklam olunmasın. İstifadəsi də dayandırılsın”.