XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

29 Aprel 2019 - 15:36

Bakı Şəhər İcra Hakimiyyəti şadlıq sarayını cərimələdi –Xəbərdarlıq

Bakının Nizami rayonu ərazisində keçirilən reyd zamanı Babək prospektində yerləşən “Piano palas” şadlıq sarayının yaxınlığında məişət tullantılarının zibil konteynerlərinin ətrafına atılaraq ərazidə natəmizlik və antisanitar vəziyyətin yaradılması aşkar edilib.

Bakı Şəhər İcra Hakimiyyətindən Strateq.az-a verilən məlumata görə, araşdırma zamanı məişət tullantılarının bura “Piano palas” şadlıq sarayının işçiləri tərəfindən atıldığı müəyyən edilib.

Görülən tədbirlər nəticəsində ərazidə təmizlik yaradılmış, pozuntulara yol vermiş şadlıq sarayının məsul nümayəndəsi Ruslan Əkbərov cərimələnib, obyektin sahibinə ciddi xəbərdarlıq edilib.

Bakı Şəhər İcra Hakimiyyəti bildirir ki, şəhərin təmizliyinin qorunması üçün bu reydlər hər gün keçiriləcək və paytaxtın sanitar vəziyyətinə xələl gətirənlər, o cümlədən belə işlərə rəvac verən ictimai-iaşə və digər obyektlərin sahibləri və məsul şəxslərinə qarşı ən ciddi cəza tədbirləri görüləcək.