XƏBƏR LENTİ

21 Yanvar 2021
20 Yanvar 2021

Digər Xəbərlər

03 May 2019 - 18:55

Samir Nuriyev:"Ekspertizası tələb olunan obyeklərin tikintisi və istismarına “bir pəncərə” prinsipi əsasında elektron icazələr veriləcək"

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin internet portalında fəaliyyət göstərən yeni elektron müraciət sistemi vasitəsi ilə 10-larla tikinti obyektinin sifarişçilərinin müvafiq icazələrin alınması üçün “bir pəncərə” prinsipi əsasında elektron formada müraciəti emal edilib, icazələr elektron qaydada verilib.

“Report” xəbər verir ki, bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev mayın 3-də keçirilən 2019-cu ilin 1-ci rübünün yekunlarına həsr olunmuş geniş tərkibli kollegiya iclasında bildirib.

Onun sözlərinə görə, sifarişçi qeyd olunan sistemə elektron qaydada müraciət edərək və tələb olunan sənədləri elektron formada yükləyərək 15 iş günü müddətində tikintiyə icazəni, 10 gün müddətində isə istismara icazəni əldə edə bilər.

“Ölkə başçısının “Bəzi tikinti obyektlərinə tikintiyə icazə və tikinti obyektinin istismarına icazə verilməsinin sadələşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanını tam şəkildə icra etmək məqsədilə Komitə tərəfindən işlər davam etdirilir. Cari ildə təkmilləşdirilmə işlərinin aparılması, tikintiyə icazə üçün elektron müraciət sisteminin təkcə paytaxt üzrə deyil, bütün ölkə üzrə xidmət göstərməsi nəzərdə tutulur. Ötən müddət ərzində Komitənin aparatında və tabe qurumlarında bu məqsədlə müxtəlif təlimlər keçirilmiş, habelə mərhələli şəkildə respublikanın rayonlarının Baş memarları ilə görüşlər təşkil olunmuşdur. Maarifləndirmə və təlimatlandırma tədbirləri bundan sonra da davam etdiriləcək. Bununla yanaşı, yaxın gələcəkdə bu elektron portal vasitəsilə, həmçinin, ekspertizası tələb olunan obyeklərin də tikintisinə və istismarına “bir pəncərə” prinsipi əsasında elektron icazələrin verilməsi planlaşdırılır”, – deyə S.Nuriyev qeyd edib.

Samir Nuriyev vurğuladı ki, bu Fərmanın icrası ilə əlaqədar Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən digər aidiyyəti dövlət qurumlarının dəstəyi ilə qısa müddət ərzində Bakı şəhəri üzrə ekspertizasının keçirilməsi tələb olunmayan tikinti obyektlərinin tikintisinə və istismarına icazənin alınması üçün “bir pəncərə” prinsipi əsasında elektron müraciət sistemi hazırlanmışdır. Bu elektron sistem geniş ictimaiyyətə və iş adamlarına təqdim olunaraq fevralın 21-də istifadəyə verilmişdir.