XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

07 May 2019 - 15:43

Qobustan rayonunda yeni məktəb binası tikiləcək –Prezident nazirliyə pul ayırdı

Prezident İlham Əliyev Qobustan rayonunun Sündü kəndində yeni ümumtəhsil məktəbi binasının tikintisi haqqında sərəncam imzalayıb. 

Strateq.az xəbər verir ki, sərəncama əsasən, Qobustan rayonunun Sündü kəndində 360 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq 2,0 (iki) milyon manat ayrılıb.