Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə martın 11-də saat 11.00-da Şabran rayonundakı Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edəcək.
TQDK-dan bildiriblər ki, qəbulda Şabran, Quba, Qusar, Siyəzən, Xaçmaz rayonlarının sakinləri iştirak edə bilərlər.
Qəbulda iştirak etmək istəyənlər TQDK-nın internet saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçməli və ya Komissiyanın Xaçmaz regional bölməsinə (telefon: (023 32) 50121) müraciət etməlidirlər. Bundan əlavə, qeydiyyata yazılmaq istəyənlər Şabran, Quba, Qusar, Siyəzən rayonlarının təhsil şöbələrinə də müraciət edə bilərlər.
Qəbula gələn vətəndaşlar şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.