XƏBƏR LENTİ

03 Dekabr 2020
02 Dekabr 2020

Digər Xəbərlər

03 Mart 2016 - 15:39

Yaşamağa kömək edək…- Xətai polisləri qanvermə aksiyasında

 

48fd29a8-787b-4429-85db-b0a80052a708

 

 “Əgər verdiyimiz qan körpə bir uşağın, ananın həyatını  xilas edəcəksə, biz hər zaman belə nəcib, xeyirxah aksiyalarda canla-başla iştirak etməyə hamılıqla hazırıq”.

 

Qan vermək üçün Polis İdarəsinin həyətinə toplaşan həmkarlarımın bu fikirləri diqqətimdən yayınmadı. Bir anlıq ötən illərə qayıtdım. Qarabağ müharibəsində qanı-canı bahasına torpaqlarımızı qoruyan, şəhid olan polis əməkdaşlarının mübariz simaları gözlərimin qarşısından kinolenti kimi gəlib-keçdi. 

 

753bc2be-c58f-4c25-a353-679f85bc6828

 

Xətai Rayon Polis İdarəsinin akt zalında yaşatmaq üçün qan verməyə könüllü gələnlərin üzündə qəribə bir sevinc hissi vardı və mən o hissləri yazıya almaqda çətinlik çəkdim, sözün doğrusu. 

 

Bir müddət öncə Xəzər, Səbail, Nizami, Nərimanov Rayon Polis İdarələrində də Azərbaycan Talassemiya Federasiyası Qan Donorları Assosiasiyasının və Mərkəzi Qan Bankının təşkilatçılığı ilə keçirilən qanvermə aksiyası zamanı da qan vermək üçün gələnlərin sırasında onlarla polis əməkdaşı vardı. 

 

ad93de76-562f-4e72-a338-49d85bae43e0

 

“Bir damla qan bir insan ömrünün xilasıdır” – şüarına qoşulan həmkarlarımız bu nəcib əmələ imza atmaqla həm də çoxlarımıza örnək olduqlarını sübut etdilər. 

 

Yeri gəlmişkən, qeyd edək ki, Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankı tərəfindən ezam olunmuş xüsusi tibb briqadasının həkim-hemotoloqları tərəfindən hər bir donorun sağlamlığı öncədən müəyyən olunur, götürülən qan analizlərində onların sağlam olub-olmamaları müəyyənləşdirilir. 

 

3a62d759-d833-4837-bed8-210cdb2379d0

 

Beləliklə, yığılan qan qeydiyyatda olan 1000 nəfərdən çox talsassemiyalı xəstənin və ehtiyacı olanların sağlamlığı üçün istifadə ediləcək. 

 

Və bu da vətəndaşlıq borcu, Vətənə xidmətin bir adıdır. Bir insanı həyata qaytarmağa, onu yaşatmağa kömək ediriksə, nə mutlu bizə.

 

Hafiz Təmirov,
polis mayoru