XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

27 May 2019 - 17:42

Gələn ildən subsidiyalar ancaq sertifikatlı toxum əkən fermerlərə veriləcək- RƏSMİ

Taxılçılıqla bağlı subsidiyalar gələn ildən ancaq sertifikatlı toxum əkən fermerlərə veriləcək.

Trend-in məlumatına görə, bunu Kənd Təsərrüfatı Nazirliyinin ictimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov deyib.

Onun sözlərinə görə, nazirlik subsidiya qaydalarında dəyişiklik edəcək:

“Qaydalar təsdiq edildikdən sonra gələn ildən etibarən ancaq sertifikatlı toxum əkən fermerlərə subsidiya veriləcək. Məsələ ilə bağlı artıq maarifləndirmə işləri aparılır. Ötən il Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Toxum Fondunun xətti ilə ölkəyə gətirilən super elit “Krasnodar 99″ toxum növündən yüksək məhsuldarlıq əldə edilib. Dəmyə torpaqlarından belə, yüksək məhsuldarlıq götürülüb.”

V.Hüseynov onu da əlavə edib ki, nazirliyin qarşısında duran əsas vəzifə həm orta, həm də ümumi məhsuldarlığı artırmaqdır.