XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

30 May 2019 - 15:29

Azərbaycanda tibb müəssisələri 5 ildən bir akkreditasiyadan keçiriləcək –Qanun dəyişdi

Azərbaycanda tibb müəssisələri 5 ildən bir akkreditasiyadan keçiriləcək.

Bununla bağlı “Əhalinin sağlamlığının qorunması haqqında” qanuna əlavələr edilib.

Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan əlavəyə əsasən, akkreditasiyadan keçən tibb müəssisələrinə şəhadətnamə veriləcək.

Tibb müəssisələrinin akkreditasiyası əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin, tibb müəssisələrinin fəaliyyətinin hüquqi tələblərə uyğunluğunun müəyyən edilməsi üçün aparılacaq. Eyni zamanda, bu yolla əhalinin yüksək keyfiyyətli xidmət göstərən tibb müəssisəsi tərəfindən müayinə və müalicə olunması üçün seçim hüququ təmin ediləcək.

Tibb müəssisələrinin akkreditasiyası qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir.

Tibb müəssisələrinin akkreditasiyasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etidiyi orqan (qurum) həyata keçirir. Tibb müəssisələrinin akkreditasiyasına görə “Dövlət rüsumu haqqında” qanunla müəyyən edilmiş məbləğdə rüsum tutulur/Trend.