XƏBƏR LENTİ

05 İyun 2020
04 İyun 2020

Digər Xəbərlər

30 May 2019 - 17:46

Məktəblərin mühafizəsi yeni qaydalarla təşkil olunacaq –Açıqlama

“Məktəblərin mühafizəsi dövlət tərəfindən qorunacaq”.

Bunu Təhsil nazirinin müavini İdris İsayev media üçün təlimdə yeni qəbul olunan “Ümumi təhsil haqqında” qanunla bağlı çıxışında qeyd edib.

O qeyd edib ki, qanunvericiliyə edilmiş son dəyişikliyə əsasən, təhsialanların, pedaqoji və texniki heyətin təhlükəsizliyini təmin etmək məqsədilə ümumi təhsil müəssisəsində müvafıq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada mühafizə xidməti təşkil ediləcək.

Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Fərzəli Qədirov isə əlavə edib ki, hazırda məktəbəhazırlıq ümumi təhsilin səviyyəsi kimi qanunda göstərilib: “Beləliklə, ölkədə ümumi təhsilin müddəti 12 il edir. Şagird ümumi təhsil pilləsində 12 il ərzində təhsil alacaq. Təhsil müəssisələrinin mühafizəsi hamını düşündürür. Yeni qanunda birbaşa göstərilib ki, məktəblərin mühafizə xidmətinin təşkili ilə bağlı qaydalar 6 ay müddətində tərtib olunub təqdim olunacaq”. /Report