XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

05 May 2015 - 06:51

Yol patrul xidməti haqda təlimat dəyişdi, qadağalar gəldi – VİDEO
“Yol patrul xidməti haqqında” təlimata dəyişiklik edilib. Dəyişikliklər inzibati xətalar məcəlləsində mövcud olan qaydalara uyğunlaşdırılıb.
Söhbət hansısa qayda pozuntularına görə mübahisəli məsələlər haqqında çıxarılan qərarla bağlıdır. Qaydalara əsasən, belə protokollara baxılan zaman sürücülərin bölməyə məhz polis tərəfindən çağırılıb-çağırılmaması ilə bağlıdır.
Sürücülər polis çağırmalıdır deyir. Qanun isə qadağan edir. Söhbət yol hərəkəti ilə bağlı qayda pozuntuları zamanı sürücülərin şikayətinə baxılması prosedurundan gedir. Bəziləri elə bilir ki, mübahisəli məsələlərlə bağlı qərar çıxarılan zaman sürücü mütləq səlahiyyətli şəxs tərəfindən bölməyə dəvət edilməlidir. Amma ''Yol patrul xidməti haqqında'' təlimatda edilən dəyişikliklər bunun əksini göstərir. Təlimatdakı yeniliklər inzibati xətalar məcəlləsindəki dəyişiklilərə uyğunlaşdırılıb. Yol hərəkəti qaydasını pozan şəxs bununla razılaşmırsa, yaxud da yol polisindən şikayəti varsa inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana göndərilir.
Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar haqqında iş üzrə barəsində icraat aparılan şəxsin səlahiyyətli orqan tərəfindən çağırılması qadağandır. Əvvəllər sürücülər razılaşmadıqları halda mobil telefon, yaxud da məktub vasitəsilə polisə çağırılırdı. Bununla belə sürücünün işinə baxılan zaman çağırılmaması onun prosesdə iştirak hüququnu qadağan etmir.
Qayda pozuntusuna baxılmaqla bağlı məlumatlar sürücüyə təqdim edilmiş protokolda öz əksini tapır. Amma bəzən mübahisələr zamanı sürücülər protokolu imzalamaqdan imtina edir. Belə olan halda oradakı məlumatlara nəzər yetirmirlər(Xezerxeber).
https://www.youtube.com/watch?v=vZUi-6iyPy4