XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

03 June 2019 - 15:53

Uşaqları bağçada söyən müəllimə işdən çıxarılıb –Bakı meriyasından qərar

Uşaqların təhqir olunması ilə əlaqədar Bakı şəhəri, Suraxanı rayonunda yerləşən 331 saylı uşaq bağçasının müdiri Bakı Şəhər İcra Hakimiyyətinə çağırılıb.

Strateq.az “Report”a istinadla bildirir ki, azyaşlıları təhqir edən müəllim Lalə Novruzova bağça rəhbərliyinin əmri ilə mayın 31-də işdən çıxarılıb.

Bununla bağlı əmr onun Əmək kitabçasına da yazılıb.

Uşaqları təhqir edən müəllim bağçada 3 ildir çalışırmış.