XƏBƏR LENTİ

22 Sentyabr 2020
21 Sentyabr 2020

Digər Xəbərlər

04 İyun 2019 - 16:26

Deputat Arif Rəhimzadə:"Dayanacaqlarla bağlı əsasnamə olmalıdır”

“Bakıdakı avtomobil dayanacaqları ilə bağlı əsasnamə olmalıdır”.

Bunu Milli Məclisin Regional siyasət komitəsinin sədri Arif Rəhimzadə deyib.

O, Bakının Nizami rayonunda yerləşən parkın yolunun şlaqbaumla kəsilməsindən şikayətlənib: “8-ci km qəsəbəsində I vitse-prezidentin tapşırığı ilə park salınıb. Amma kimsə avtomobillərin ora keçməməsi üçün şlaqbaum qoyub. Bu məsələdən bələdiyyələrin xəbəri var?!

Yəqin ki, orada yaşayanlar, avtomobilləri varsa, kart almalıdır. Tutaq ki, birinin ağır yükü var, taksi ilə gəlmək istəyir, bu zaman necə olacaq? Yaxud Təcili Tibbi Yardım maşını lazım olsa, bu məsələ necə tənzimlənəcək? Ümumiyyətlə, bu dayanacaqların bir əsasnaməsi olmalıdır”.

Report