Martın 4-də saat 10:00-dan etibarən Bakının Nərimanov rayonunun Ə.Əliyev, T.Əliyev, C.Hacıbəyli, Azadlıq və Atatürk prospektlərində, Sabunçu rayonunun Ramana, Savalan yaşayış massivi, Südçülük sovxozu və Şuşa qaçqın şəhərciyi ərazilərində, Binəqədi rayonunun 7 və 8-ci mikrorayonlarında, həmçinin Xəzər rayonunun Şüvəlan qəsəbəsinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.
“Azəriqaz” İB-nin ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, bu məhdudiyyət siyirtmədə aparılan təmir işləri, qaz xəttinin yerinin dəyişdirilməsi, yeni çəkilmiş orta təzyiqli xəttin qaz təchizatı mənbəyinə birləşdirilməsi ilə bağlıdır.