XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

08 İyun 2019 - 16:54

ABŞ-ın Klivlend klinikasının kardioloqu:"Dünyada ürək xəstəliklərinin artmasının iki əsas səbəbi var"

“Dünyada 25-40 yaşlı insanlar arasında ürək xəstəliyi gəncləşib”.

APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında ABŞ-ın Klivlend klinikasının kardioloqu Murat Tuzcu bildirib.

M. Tuzcu deyib ki, indi 25-40 yaşlı insanlar 50 il əvvəlki dövrlə müqayisədə çox fərqli həyat tərzi keçirirlər. Bu insanlar günlərini ya televizor, ya da kompüter qarşısında oturaraq hərəkət etmədən keçirirlər və bu, sonradan onların kökəlməsinə səbəb olur: “Dünyada ürək xəstəliklərinin artmasının iki əsas səbəbi var. Ürək xəstəlikləri üçün ən önəmli risk faktoru yaşdır. Yaş artıqca ürək-damar xəstəliklərinə məruz qalma şansı artır. Digər səbəb həyat tərzimizdir. Söhbət çox yemək, fiziki hərəkət etməmək, kökəlməkdən gedir. Belə olan halda ürək xəstəliklərinin olması çox normaldır. Bundan başqa, stress, siqaret çəkmə, havanın çirklənməsi ürək xəstəliyi riskini yüksəldir”.

M.Tuzcu qeyd edib ki, 30-40 il əvvəl infarkt diaqnozu ilə xəstəxanaya gələn 3 nəfərdən biri dünyasını dəyişdisə, indi 30 nəfərdən biri ölür: “Başqa sözlə, indi insanlar ürək xəstəsi olsalar da, uzun müddət həyatda qala bilirlər”.