XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020

Digər Xəbərlər

05 Yanvar 2016 - 17:03

Yeni tiklilərlə bağlı vergi dəyişikliyi -[color=red] Yeni qanun qüvvəyə mindi

Azərbaycanda bina tikintisi ilə məşğul olan şəxslərdən vergi tutulmasının yeni qaydaları qüvvəyə minib.

Yanvarın 1-dən qüvvəyə minən qaydalara əsasən, bina tikintisi ilə məşğul olanlar vergini daha sadə şəkildə ödəyəcəklər.

Belə ki, indiyədək qüvvədə olan qaydalara görə, bina tikən şirkətlər həm hər kvadratmetrə görə minimum satış qiyməti olaraq 225 manat götürülməklə (eləcə də müvafiq əmsallar nəzərə alınmaqla) ƏDV, eyni zamanda hər kvadratmetr üçün 10 manat götürülməklə (müvafiq əmsallar nəzərə alınmaqla)  sadələşdirilmiş vergi ödəməli idilər. Yeni qaydalara görə isə binatikənlər üçün ƏDV ləğv edilir. Bu şirkətlər binadakı mənzillərin hər kvadratmetr üçün 45 manat, qeyri-yaşayış sahələrinin hər kvadratmetri üçün isə 67,5 manat vergi ödəməli olacaqlar (əmsallar nəzərə alınmaqla).

Artıq Vergilər Nazirliyi “Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən ödənilmiş ƏDV-nin və sadələşdirilmiş verginin nəzərə alınması Qaydası”nı təsdiqləyib. Qaydalara əsasən, tikinti şirkəti sadələşdirilmiş vergi üsulunu seçdiyi halda əvvəlki illər üçün hesablanmış ƏDV azaldılır.

Bu zaman şirkətin ilin sonuna təqdim etdiyi hesabat nəzərə alınacaq.

Publika.az