XƏBƏR LENTİ

07 Avqust 2020
06 Avqust 2020

Digər Xəbərlər

05 May 2015 - 09:45

Bakıda xeyli marşrut xətləri dəyişdi – SİYAHI

Bakıda sərnişindaşımada optimallığın qaldırılması və xidmətin keyfiyyətinin yüksəldilməsi istiqamətində bəzi avtobus xətləri bağlanıb, bəzilərinin isə hərəkət istiqaməti dəyişdirilib.

Bu barədə Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov açıqlamasında bildirib. Onun sözlərnə görə, 3 qapılı iri tutumlu avtobusların bəziləri isə xidmətdən yığışdırılıb.

Xidmətdən yığışdırılan və hərəkət istiqaməti dəyişdirilən avtobusların siyahısını təqdim edirik:

– 14 marşrut 24 saylı xətt avtobusu ilə əvəz olunub.

– 20, 188, 53 saylı avtobuslar ümumiyyətlə ləğv edilib.

– 90 saylı avtobus 83 saylı avtobusla ləğv edilib.

– 86 saylı avtobus 29 saylı marşrutla əvəz olunub.

– 120 saylı avtobusda maşınlar təzələnib.

– 124 sayl avtobus 20-ci sahəyə qədər uzadılıb.

– 193 saylı marşrut şəhərin mərkəzindən çıxarılıb.

– 70 saylı avtobusun istiqaməti dəyişdirilib.

– 95 saylı marşrut xəttinin hərəkət istiqaməti “Xətai” metrosuna qədər qısaldılıb.

Namiq Həsənovun onu da bildirib ki, sərnişinnəqliyyatda təkmilləşdirmə işlərilə bağlı paralel hərəkət edən avtobuslar çıxarılıb. Onun sözlərinə görə, yaxın günlərdə Beynəlxalq Avtovağzal istiqamətində hərəkətdə olan avtobusların hərəkətində müəyyən dəyişdirilməsi aparılacaq(Ans)