XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

06 Yanvar 2016 - 12:24

“Azəryolservis” ASC-də kütləvi ixtisar, yoxsa… – [color=red]Anar Nəcəfli danışdı

Dekabrın 28-də prezident İlham Əliyevin sərəncamı ilə Nəqliyyat Nazirliyinin tabeliyindən çıxarılan "Azəryolservis” ASC-də bu gündən kütləvi ixtisarlara start verilib.

Qurumun yeni sədri Saleh Məmmədov təxminən 200-dən çox əməkdaşı çağıraraq onlara işdən azad olunmaları ilə bağlı ərizə yazdırıb. Bəzi işçilərə strukturu dəyişdirilən qurumda işə götürüləcəyi ilə bağlı vəd verilsə də, əksər əməkdaşlara isə işdən çıxarıldıqları deyilib. Qeyd olunur ki, Saleh Məmmədov özünə yeni komanda formalaşdırır.

"Azəryolservis” ASC ilə əlaqə saxlanıb. Qurumun mətbuat katibi Anar Nəcəfli məlumatı təsdiqləyib və bildirib ki, bütün kollektivə belə bir ərizə yazdırılıb: "Ərizə yazanlardan biri də mənəm. Amma burada məsələ belədir ki, "Azəryolservis” əvvəl Nəqliyyat Nazirliyinin tabeliyində idi. İndi isə Nazirlər Kabinetinin tərkibindədir. Buna görə də işçilər ərizə yazaraq Nəqliyyat Nazirliyindən çıxıb, "Azəryolservis”də işə götürülür”.

Qafqazinfo.az