XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

07 January 2016 - 07:29

Statistika Komitəsinin ən böyük mərkəzi ləğv edildi – [color=red]DSK-da struktur dəyişikliyi

Dövlət Statistika Komitəsinin (DSK) Baş Hesablama Mərkəzi ləğv olunduğunu elan edib.

Bu barədə Vergilər Nazirliyindən xəbər verilib. Bildirilib ki, kreditorlar 2 ay ərzində tələblərini Dövlət Statistika Komitəsinə bildirə bilərlər(APA).

Strateq.az-ın əldə etdiyi məlumata gprə, mərkəzin ləğvi DSK-nın yeni sədri Tahir Budaqovun Nazirlər Kabinetinə etdiyi müraciət əsasında həyata keçirilir: "Yeni komitə sədri bu quruma ehtiyac olmadığını düşünür və bu səbəbdən qeyd olunan addım atıldı".

Onu da qeyd edək ki, ləğv edilən Baş Hesablama Mərkəzinin rəisi Vəli Allahverdiyev də sıradan məmur olmayıb. O, uzun müddət statistika sahəsində işləyib. Onun qardaşının biri Ali Məhkəmənin hakimi Qəhrəmən Allahverdiyev, digəri isə XİN-də işləyən və hakimiyyətdə ciddi dostları olan diplomat Haley Allahverdiyevdir. Hətta bir ara Vəli Allahverdiyevin komitə sədri təyin ediləcəyi haqda da xəbər yayılmışdı…

Strateq.az