XƏBƏR LENTİ

25 Sentyabr 2020
24 Sentyabr 2020

Digər Xəbərlər

20 İyun 2019 - 18:41

Rövşən Rzayev:“Başqa şəxslərin evlərində məskunlaşan məcburi köçkünlərlə bağlı məsələyə böyük diqqət ayrılacaq"

“Başqa şəxslərin evlərində məskunlaşan məcburi köçkünlərlə bağlı məsələ tam diqqətimdədir. Biz bu məsələni araşdırmışıq, say artıq bəllidir”.

APA-nın məlumatına görə, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev deyib.

O bildirib ki, bununla bağlı bir çox hallarda məhkəmə qərarları var, bəzi hallarda bu da yoxdur: “Yataqxanalarda, zirzəmilərdə, bağçalarda, yarımtikililərdə yaşayan məcburi köçkünləri mənzillərlə təmin etdikdən sonra bu məsələyə böyük diqqət ayıracağıq”.