XƏBƏR LENTİ

25 Noyabr 2020

Digər Xəbərlər

08 Yanvar 2016 - 10:42

Ötən il hər gün 610 azərbaycanlı [color=red]İstanbula səfər edib

istanbul.jpg

2015-ci ildə İstanbula səfər edənlərin 1,8%-ni və ya təxminən 223400 nəfərini azərbaycanlılar təşkil edib. Hər gün orta hesabla 610 nəfər azərbaycanlı İstanbula səfər edib.

“Marja” xəbər verir ki, İstanbul Mədəniyyət və Turizm İdarəsi tərəfindən edilən açıqlamaya görə, ötən il 12 milyon 414 min 677 nəfər İstanbulu ziyarət edib. Bir il öncəki ziyarətçi sayı isə 11 milyon 842 min 983 nəfər olmuşdu. Beləliklə, ötən il İstanbulu ziyarət edənlərin sayı 4,8% artıb.

2015-ci ildə İstanbula gələn əcnəbilərin nisbətləri belədir:

Almanlar: 10.5%, iranlılar: 6.1%, amerikalılar: 4.5%, ingilislər: 4.2%, iraqlılar: 4%, ruslar: 3.9%, fransızlar: 3.7%, səudiyyəlilər: 3.3%, italyanlar: 2.8%, suriyalılar: 2.8%,  hollandalar: 2.4%, çinlilər: 2.3%, ukraynalılar: 2.2%, libyalılar: 1.9%, azərbaycanlılar: 1.8%, digər ölkələr: 43,5%.