Ölkənin ümumi təhsil müəssisələrində şagird yerdəyişməsi prosesi elektronlaşdırılır.
Strateq.az Təhsil Nazirliyinə istinadla bildirir ki, bu istiqamətdə görülən işlərlə əlaqədar avqustun 1-dək şagirdlərin yerdəyişməsi üzrə ərizələrin qəbulu dayandırılır: “Ölkədən xaricdə təhsilini davam etdirəcək şagirdlər sənədlərini müvafiq təhsili idarəetmə orqanlarından və ümumi təhsil müəssisələrindən istənilən vaxt ala bilərlər”.