XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

25 İyun 2019 - 18:08

Bakı İcra Hakimiyyəti:"Çimərlik ərazilərinə və sahilyanı zonalara giriş pulsuzdur"

15 iyun 2019-cu il tarixindən paytaxt Bakı şəhərində çimərlik mövsümünə rəsmən başlanması ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti Ticarət və Xidmət Departamenti şəhər sakinləri və qonaqların nəzərinə çatdırır ki, çimərlik ərazilərinə və sahilyanı zonalara giriş pulsuzdur.

İcra Hakimiyyətinin Mətbuat xidmətindən Strateq.az-a verilən məlumata görə, çimərliklərdə əhalinin və qonaqların sahilyanı zonada istirahətinə lazımi şəraitin yaradılması ilə bağlı aidiyyəti qurumlar tərəfindən müvafiq tədbirlər həyata keçirilir.