XƏBƏR LENTİ

23 Sentyabr 2020
22 Sentyabr 2020

Digər Xəbərlər

28 İyun 2019 - 16:57

Bakıda məşhur istirahət mərkəzləri cərimələndi –Səbəb + siyahı

DİN və Ekologiya və Təbii Sərvətlər Nazirliyi  Xəzər dənizi sahillərində birgə reyd keçiriblər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Strateq.az-a verilən məlumata görə, Xəzər dənizi sahillərində ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reyd keçirilib.

Reyd zamanı Şıx çimərliyi ərazisində fəaliyyət göstərən “1001 gecə”, “Eldorado”, “Aqua Park” və “Dostluq” istirahət mərkəzlərində formalaşan tullantı sularının təmizlənmədən Xəzər dənizinə axıdıldığı aşkar edilib. Ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin tələblərini pozduqlarına görə istirahət mərkəzlərinə cavabdeh şəxslər Raul Qasımov, Rəşad Hüseynov, Zaur Hüseynli və Azər İsmayılov barəsində protokol tərtib olunub və onların hər biri 4000 manat məbləğində cərimə edilib.

Çirkab sutəmizləyici qurğuların quraşdırılması üçün obyekt sahiblərinə icrası məcburi olan “məcburi göstəriş”lər verilib. “Məcburi göstəriş”lərin tələbləri icra olunmadığı təqdirdə məhkəməyə müraciət olunacaq.