XƏBƏR LENTİ

29 Sentyabr 2020
28 Sentyabr 2020

Digər Xəbərlər

28 İyun 2019 - 17:42

Sabirabad və İmişlidə vətəndaşların özləri tərəfindən İctimai dinləmələr təşkil edilib –FOTOlar

Azərbaycan təcrübəsində ilk dəfə olaraq Sabirabad və İmişli rayonlarında vətəndaşların özlərinin təşəbbüsü ilə yerli əhəmiyyətli məsələlərə həsr olunun ictimai dinləmələr təşkil olunub

Strateq.az xəbər verir ki, yerli sakinlərin, xüsusən gənclərin özləri tərəfindən formalaşdırılan Təşkilat komitələrinin təşəbbüsü ilə Sabirabad rayonunda “Gənclərin təhsil imkanlarının artırılması”,  İmişli rayonunda isə “İmişli rayonunda nəqliyyat və kommunikasiya problemlərinin həlli”  mövzusunda ictimai dinləmə təşkil olunub. İctimai dinləmələr “İctimai iştirakçılıq haqqında” qanunun tələblərinə uyğun olaraq keçirilib. İctimai dinləmələrdə Təşkilat Komitələri  tərəfindən hazırlanan məruzələr təqdim olunub. Yerli dövlət qurumlarının təmsilçiləri sözügedən mövzularla bağlı öz mövqelərini ifadə ediblər, sualları cavablandırıblar. Tədbirlərdə rayon ictimaiyyəti nümayəndələri və müvafiq dövlət orqanlarının təmsilçiləri  iştirak ediblər. İctimai dinləmələrdə müzakirə mövzuları ilə bağlı iştirakçıların fikirləri və təklifləri dövlət orqanlarının nümayəndələrinin diqqətinə çatdırılıb. Qanunvericiliyin tələblərinə uyğun olaraq, hər iki İctimai dinləmənin yekunları ilə əlaqədar təkliflər müvafiq dövlət orqanlarına təqdim edilib.

İctimai dinləmələrin təşkilinə ekspert dəstəyi   Niderland Krallığının  Xarici İşlər Nazirliyi tərəfindən  maliyyələşdirilən və Qafqaz və Tədqiqat və Resurs Mərkəzi-Gürcüstan təşkilatı tərəfindən icra olunan  “Vətəndaş Cəmiyyətinə Dəstək Proqramı” çərçivəsində “Aran bölgəsində ictimai iştirakçılığın gücləndirilməsi”  təşəbbüsü çərçivəsində verilib. Bu təşəbbüsün məqsədi   ictimai iştirakçılığın, ictimai nəzarətin genişlənməsi, uğurlu vətəndaş iştirakçılığı nümunələrinin yardılması və təbliğinə yardım göstərilməsidir.

Təşəbbüs çərçivəsində ictimai dinləmələrin təşkilatçılarına vətəndaşların özləri tərəfindən ictimai dinləmənin təşkili və keçirilməsi prosedurları, qanunvericiliyin tələbləri öyrədilib. Təşkilat Komitələri özləri iki dəfə ictimai dinləmə keçirilməsini məşq (simulyasiya) ediblər. İştirakçılara vətəndaşların özlərinin təşəbbüsü ilə həyata keçirilə biləcək ictimai iştirakçılıq formaları barədə materiallar da verilib. Müzakirə mövzuları da Təşkilat Komitələri tərəfindən seçilib. İctimai dinləmələrin təşkili zamanı yerli icra hakimiyyəti və dövlət orqanları ilə sıx əməkdaşlıq edilib.

Layihə çərçivəsində, həmçinin Hacıqabul və Saatlı rayonlarında vətəndaşların özləri tərəfindən ictimai dinləmələrin keçirilməsinə dəstək veriləcək.

Eyni zamanda vətəndaşların, özləri  tərəfindən İctimai Müzkirə və İctimai dinləmə keçirilməsi  üçün Vizual rəhbərlik  hazırlanacaq.   İki vizaul rəhbərlikdə çox qısa formada (5 dəqdən çox olmamaq şərti ilə) video-qrafika vasitəsilə  ictimai müzakirə və ictimai dinləmə keçilrməsi üçün qanunvericilikdə nəzərdə tutulan tələblər  əks etdiriləcək.

Hər iki vizual bələdçinin  populyarlaşması və daha geniş auditoriyanı əhatə etməsi üçün  İnternet TV, sosial şəbəkələr, populyar elektron KİV-də  yayılacaq.