XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

11 Yanvar 2016 - 13:20

“Bizlik deyil…” – [color=red]İcra başçısının şalvar qadağasına nazirlikdən reaksiya

Təhsil Nazirliyi Sumqayıtın icra başçısı Zakir Fərəcovun müəllimələrə şalvar geyinməyi qadağan etməsi ilə bağlı xəbərə aydınlıq gətirib.

Azvision.az-ın sorğusuna cavab olaraq Nazirlikdən bildirilib ki, şagirdlərdən fərqli olaraq, pedaqoji fəaliyyətlə məşğul olan müəllimlər üçün hər hansı geyim forması müəyyənləşdirilməyib:

“Bununla belə, məktəb rəhbərləri tərəfindən hər bir müəllimin pedoqoji etika və estetikaya uyğun olmayan, həmçinin şagirdlərin tərbiyəsinə mənfi təsir edən geyimlərinə icazə verilmir. Qadın müəllimlərin şalvar geyinmələrinə Təhsil Nazirliyi tərəfindən hər hansı qadağa qoyulmayıb. Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən məktəb, müəllim və şagirdlərlə aparılan iş barədə Nazirliyə həmin qurumdan hər hansı müraciət daxil olmayıb”.