XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

11 January 2016 - 16:19

Yanvar ayının əmək pensiyaları [color=red] vaxtından əvvəl maliyyələşdirləcək
dsmf-bina-yenni.jpg
 

Dövlət Sosial Müdafiə Fondunun ötən ili sərbəst vəsait qalığı ilə başa vurması cari ilin yanvar ayı üzrə əmək pensiyalarının vaxtından əvvəl maliyyələşdirilməsinə imkan verib.

Strateq.az DSMF-ə istinadən xəbər verir ki, Bakı şəhərinin rayonları, Sumqayıt şəhəri və Abşeron rayonu üzrə  pensiyaların maliyyələşdirilməsi üçün tələb olunan vəsaitin mərkəzi xəzinə hesabından yerli orqanların hesablarına köçürülməsi artıq başa çatdırılıb. Yanvar ayının birinci yarısına qədər bu prosses bütün ölkə üzrə tam yekunlaşacaq və pensiyaların qrafikdə nəzərdə tutulduğu müddətdən əvvəl vətəndaşların şəxsi hesablarına köçürülməsi təmin olunacaq.

İlkin məlumata əsasən, hazırda ölkəmizdə əmək pensiyası alan şəxslərin sayı 1 milyon 295 min 900 nəfərdir. Onların 60,1 faizini yaşa görə, 28,9  faizini əlilliyə görə, 11,0 faizini isə ailə başçısını itirməyə görə əmək pensiyası alanlar təşkil edir.

Strateq.az