XƏBƏR LENTİ

17 Yanvar 2021
16 Yanvar 2021

Digər Xəbərlər

09 İyul 2019 - 23:55

Mənzil İnşaatı Dövlət Agentliyi vətəndaşlara müraciət edib- Mənzil seçimi ilə bağlı

Mənzil İnşaatı Dövlət Agentliyi iyulun 12-də mənzillərin seçimində iştirak etmək istəyən vətəndaşlara müraciət edib.

Agentliyin İctimaiyyətlə əlaqələr sektorundan Azərtac-a bildirilib ki, mənzillərin əldə edilməsi “Elektron hökumət” portalı üzərindən (www.e-gov.az) “Güzəştli mənzil” sistemi vasitəsilə elektron qaydada həyata keçirilir. Yalnız “Güzəştli mənzil” sistemində elektron kabinetə sahib olmuş vətəndaşlar mənzil almaq hüququna malikdir.

İstifadəçilərə satış vaxtından bir neçə saat əvvəl sahib olduqları gücləndirilmiş elektron imza (www.e-imza.az) və ya “ASAN İmza” (www.asanimza.az) vasitəsilə “Güzəştli mənzil” sisteminə daxil olmaları tövsiyə olunur. Bu, onlara elektron imza və ya “ASAN İmza”nın işlək vəziyyətdə olub-olmamasını, həmçinin onlayn imzalayıcı proqramının kompüterə yüklənməsini öncədən müəyyən etməyə imkan yaradacaq.