XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

17 July 2019 - 11:13

Azərbaycanda 1238 əkiz, 36 üçəm doğulub- Statistika Komitəsi

Bu ilin yanvar-may aylarında Azərbaycanda 1238 əkiz, 36 üçəm doğulub.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, bu ilin 5 ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 56 254 doğulan körpə qeydə alınıb.

Əhalinin hər 1000 nəfərinə bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyişməyərək eyni səviyyədə (13,7) qalıb. Körpələrdən 1238-i əkiz, 36-sı isə üçəm doğulanlardır.