XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

22 July 2019 - 09:40

Bakının bu ərazilərində işıq olmayacaq –Təmir işləri ilə əlaqədar

Bu gün saat 10:00-dan 14:30-a qədər Pirşağı qəsəbəsi və Lahıc bağları ərazisində elektrik enerjinin verilişində qısamüddətli fasilələr yaranacaq.

Bu barədə “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

T.Mustafayevin sözlərinə görə, fasilə Pirşağı qəsəbəsi və Lahıc bağlarının bəzi ərazilərində elektrik verilişi xətlərində aparılan yenidənqurma işləri ilə əlaqədardır.

“Azərişıq” yaranan narahatlığa görə istehlakçılardan üzr istəyir. /Trend