XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

14 Yanvar 2016 - 11:31

İlhamə Quliyeva: [color=red]“Oğlum evdədir, həbs olunmayıb”

ilhame-2.jpg

"Oğlumun saxlanılmağı ilə bağlı yayılan xəbərlər yalandır".

 Bunu APA-ya xalq artisti İlhamə Quliyeva deyib. Onun sözlərinə görə, xəbər qərəzli olaraq yayılıb: "Bunu bizim ailəmizi istəməyən adamlar, qulluqçumun adamları yayıb. Oğlum evdə, ailəsinin başındadır. Özü oxuyub, mənə zəng edir, gülürdü".

İ. Quliyeva oğlunun dostu Vüqar Bəşirovun da saxlanılmasını təkzib edib.

 Qeyd edək ki, "musavat.com" saytı İ. Quliyevanın oğlu Orxan Nadirov və onun tanışı Vüqar Bəşirovun Heydər Əliyev Beynəlxalq Hava Limanında saxlanılması barədə xəbər yayıb.