XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

22 İyul 2019 - 17:55

Ceyhun Bayramov:"Azərbaycan mötəbər yarışları ən yüksək səviyyədə keçirən ölkə kimi tanınır"

“Azərbaycan mötəbər yarışları ən yüksək səviyyədə keçirən ölkə kimi tanınır”.

“Report” xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov “Bakı 2019” Avropa Gənclər Yay Olimpiya Festivalı (EYOF) çərçivəsində “Olimpiya Mədəniyyəti və İdman’’ güşəsinin açılış mərasimində deyib.

Nazir Atletlər Kəndində baş tutan tədbirdə EYOF-un gənclər üçün böyük fürsət olduğunu bildirib: “Belə layihələr məktəblilərdə sağlam həyat tərzinin formalaşmasında, idmanda kütləviliyin təmin olunmasında, ölkələr və mədəniyyətlərarası dostluq və istedadlı gənclərin üzə çıxarılmasında misilsiz rol oynayır”.

C.Bayramov Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsi ilə Təhsil Nazirliyinin daha bir uğurlu və tarixi layihəyə imza atdıqlarından vurğulayıb.