XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

25 İyul 2019 - 12:34

Azərbaycanda bir neçə ərazidə qaz təchizatı dayandırılacaq- “Azəriqaz”dan açıqlama

Bu gün səhər saat 09.00-dan işlər tamamlanana qədər aşkarlanan qaz sızmalarının ləğvi məqsədilə Samux rayonunun 2 yaşayış məntəqəsinin qaz təchizatı dayandırılıb.

“Azəriqaz” İstehsalat Birliyindən Strateq.az-a verilən məlumata görə, bundan başqa, daha 2 rayonda orta təzyiqli qaz kəmərlərində payız-qış mövsümünə hazırlıq işləri aparılır. Beləliklə, Bərdə rayonunda saat 14.00-dan işlər tamamlanana qədər 3 yaşayış məntəqəsi, Kürdəmir rayonunda isə saat 13.30-dan 15.30-dək 5 kənddə qaz təchizatı dayandırılacaq.