XƏBƏR LENTİ

26 Oktyabr 2020

Digər Xəbərlər

25 İyul 2019 - 13:23

44 heyvan kəsimi məntəqəsi və 30 çadırtipli kəsim yeri istifadəyə veriləcək –Qurban bayramı ilə bağlı

Qurban bayramında çadırtipli heyvan kəsimi məntəqələri istifadəyə veriləcək.

Strateq.az AQTA-ya istinadla xəbər verir ki, bayram günlərində ölkə ərazisində qurbanlıq heyvanların kəsiminin baytarlıq-sanitariya və gigiyena normalarına cavab verən stasionar və çadırtipli heyvan kəsimi məntəqələrində aparılması həyata keçiriləcək.

Bu məqsədlə bayram günlərində 44 stasionar heyvan kəsimi məntəqəsi və 30 çadırtipli kəsim yeri lazımi avadanlıqlar ilə təmin edilərək, vətəndaşların ixtiyarına veriləcək.