XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

26 İyul 2019 - 11:12

Bakıda pulsuz çimərliklər yaradılır- SİYAHI

Bakı şəhərində çimərlik mövsümündə vətəndaşlardan daxil olan müraciətlər, onların istək və arzuları nəzərə alınaraq aidiyyatı dövlət qurumlarının tapşırıqlarına əsasən paytaxtın bir sıra dənizkənarı ərazilərində ictimai çimərliklərin yaradılması işlərinə başlanıb.

Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətinin rəhbəri İsrafil Kərimov məlumat verib.

O bildirib ki, ilkin mərhələdə bu çimərliklər Səbail rayonu “Şıx” ərazisində və Novxanı qəsəbəsində, sonradan isə Hövsan, Buzovna, Bilgəh, Nardaran, ümumilikdə 7 ərazidə yaradılacaq: “Çimərliklərə giriş pulsuz olacaq, müvafiq qurumlar tərəfindən bura nəzarət ediləcək”.