XƏBƏR LENTİ

22 Oktyabr 2020
21 Oktyabr 2020

Digər Xəbərlər

26 İyul 2019 - 11:22

Xəstəxanalarda əlillər üçün ödənişsiz həyata keçirilməyən tibbi xidmətlər- Nazirlər Kabineti təsdiqlədi

Nazirlər Kabineti “Dövlət tibb müəssisələrində əlilliyi olan şəxslər üçün dövlət büdcəsi hesabına həyata keçirilməyən tibbi xidmətlərin növləri”ni təsdiqləyib.

APA-nın məlumatına görə, qərara əsasən, dövlət tibb müəssisələrində əlilliyi olan şəxslər üçün dövlət büdcəsi hesabına həyata keçirilməyən tibbi xidmətlər aşağıdakılardır:

– xəstəliklərin anonim diaqnostikası (insan immunçatışmazlığı virusu (İİV) infeksiyası, sifilis, hepatit “B” və hepatit “C” xəstəlikləri istisna olmaqla);

– tibbi kosmetoloji yardım (tibbi göstəriş əsasında plastik və bərpa (rekonstruksiya) əməliyyatları istisna olmaqla);

– tibbi göstəriş olmadan pəhrizlə bağlı müayinə və müalicələr;

– cinsin dəyişdirilməsi ilə bağlı cərrahiyyə əməliyyatı və əməliyyatdan sonrakı müalicələr;

– reabilitasiya ilə əlaqəli olmayan masaj, balneoloji prosedurlar;

– xarici ölkələrə səfərdən (müalicə, reabilitasiya və xidməti ezamiyyət istisna olmaqla) əvvəl tropik xəstəliklərə qarşı peyvəndlərin olunması;

– kontakt linzalarla görmə qabiliyyətinin korrektə olunması;

– qiymətli metallardan və keramikadan hazırlanan stomatoloji protezlərin hazırlanması və quraşdırılması.