XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

27 İyul 2019 - 12:28

Şəkidə uşaq, yeniyetmə və gənclərlə bağlı tədbir keçirildi –FOTOlar

26 iyul 2019-cu il tarixdə Şəki şəhərində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı və “Kreativ Düşüncə” Gənclərin İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə “Uşaqların, yeniyetmə və gənclərin sosial, fiziki və mənəvi inkişafına dair maarifləndirmə işinin təşkili və bu istiqamətdə tədbirlərin həyata keçirilməsi” layihəsi çərçivəsində maarifləndirmə tədbiri keçirilib.

Tədbirdə təşkilatın idarə heyətinin üzvü Gündüz Paşayev lahiyənin əhəmiyyətindən danışaraq, yeniyetmə və gənclərin saatlarla kompyuter oyunları oynaması, mobil telefon və planşetlərdən lazımsız istifadələrinin mənfi təzahürlərindən və yarada biləcəyi fəsadlardan söz açıb.

Daha sonra tədbirdə ekspert qismində çıxış edən Vaqif Nağıyev yeniyetmə və gənclərə gələcəkdə peşə sahələrinin seçimi, gələcək həyatlarının sağlam, xoşbəxt və milli ruhda qurulması üçün atılacaq addımların vacibliyi, hədəflərin düzgün və vaxtında müəyyən olunması ilə bağlı söhbətlər aparıb.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.