“2019-cu il sosail təminat və sosail müdafiənin gücləndirilməsi baxımından çox fərqli il olacaq”.
“Report”un xəbərinə görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov Abşeron rayonunun Saray qəsəbəsində şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə 50 mənzilin təqdim olunma mərasimində deyib.
O xatırladıb ki, bu ilin sonuna qədər şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə 800 mənzil veriləcək: “Biz iyun ayında şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə 60 mənzilin verilmə mərasimində iştirak etmişik. Bu gün şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə verilən 50 mənzil ölkə başçısının müharibə zamanı əziyyət çəkmiş şəxslərə göstərdiyi xüsusi qayğısıdır”.
Nazir müavini bildirib ki, bu ilin sonuna qədər şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə veriləcək avtomobillərin sayı da artacaq: “Biz bununla yanaşı şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə avtomobillərin verilməsində də iştirak etmişik. Növbəti avtomobillər də sahiblərinə təqdim olunacaq. Bununla da şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə bu il ərzində veriləcək avtomobillərin sayı 600-ə çatdırılacaq”.