Xəzər Universitetinin Neftçilər kampusunda “Açıq Qapı” günləri başlayıb.
“Açıq Qapı” günlərinin təşkil olunmasında məqsəd Dövlət İmtahan Mərkəzinin iyul ayının 24-dən avqust ayının 6-a kimi elan etdiyi ali təhsil müəssisəsi və ixtisas seçimi prosesində abituriyentlərə əsaslı yardım göstərməkdən ibarətdir.
“Açıq qapı” hər gün (həftə sonu istisna olmaqla) səhər 10-dan axşam 5-ə kimi, avqustun 6-na qədər davam edəcək.