XƏBƏR LENTİ

01 Noyabr 2020
31 Oktyabr 2020

Digər Xəbərlər

01 Avqust 2019 - 16:00

Bakının 22 yeni yaşayış massivi qazlaşdırılacaq –SİYAHI

“Azəriqaz” İB tərəfindən Bakı şəhərinin 5 inzibati rayonunda qazlaşdırılma işlərinin aparılması nəzərdə tutulub.

Qurumdan Strateq.az-a verilən məlumata görə, proqram üzrə Bakı şəhərinin Binəqədi, Xəzər, Suraxanı, Sabunçu və Qaradağ rayonlarında 22 yeni yaşayış massivinin qazlaşdırılması planlaşdırılır. Bu genişmiqyaslı işə cari ilin sentyabr ayında başlanılması və mümkün qədər qısa zamanda yekunlaşdırılması nəzərdə tutulub.

Qeyd edək ki, “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında” Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2018-ci il tarixli 431 nömrəli Fərmanı ilə Bakı şəhərinin bir sıra yeni yaşayış massivlərinin qazlaşdırılması tədbirlərinin davam etdirilməsi məqsədilə dövlət büdcəsindən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə 30 mln. manat vəsait ayrılıb.

Məntəqələrin adı  Yeni massivlərin adları
28 May qəsəbəsi Dəmir yolunun alt və üst hissəsində yeni massiv
Binəqədi qəsəbəsi Duzlu göllə üzümlük plantasiyası arasında yerləşən yeni massiv
Biləcəri qəsəbəsi Aslanov küçəsindəki və 4 saylı “Ev Tikmə”Kombinatına gedən yolun sol tərəfindəki ərazilərə düşən yeni massiv
Xəzər  rayonu
Binə qəsəbəsi “Atçılıq” adlandırılan ərazidə badam bağlarının ətrafında yeni massiv
Keçmiş Hövsan südçülük sovxozunun ərazisində “Lələtəpə” adlandırılan məhəllədə yeni massiv
“Kanalüstü” adlandırılan ərazidə yeni massiv
Buzovna qəsəbəsi Şüvəlan-Buzovna yolunun sağ tərəfindəki, “Albalılıq” və “Təmənis” adlandırılan ərazilərə düşən yeni massiv
 

 

Şüvəlan qəsəbəsi

Zirə-Pirallahı yolunun sol tərəfində yeni massiv
“Şüvəlan gülçülük sovxozu”, “Mayak” və “Şimal DRES” adlandırılan ərazilərə düşən yeni massiv
Qaradağ  rayonu
 

Qobustan qəsəbəsi

“1-ci massiv”, “1-a massivi” və “2-a massivi” adlandırılan ərazilərə düşən yeni massiv
“1-ci təzə yurd” adlandırılan yeni massiv
Şıxlar qəsəbəsi “Şıxlar” adlandırılan ərazidə yeni massiv
Heybət qəsəbəsi “Heybət stansiyası” adlandırılan ərazidə yeni massiv
Sabunçu rayonu
Kürdəxanı qəsəbəsi “Yeni məhəllə” və “Ləhiş bağları” adlandırılan ərazilərdə yeni massiv
Ramana qəsəbəsi D.Bünyadzadə küçəsində gölün yaxınlığındakı və “Şuşa şəhərciyi” adlandırılan ərazilərə düşən yeni massiv
 

Maştağa qəsəbəsi

“Savalan”, “Yeni məhəllə” və “Xanlar” adlandırılan ərazilərə düşən yeni massiv
“Ləhiş bağları” adlandırılan ərazidə yeni massiv
Zabrat qəsəbəsi “Dağüstü” adlandırılan ərazidə yeni massiv
Nardaran qəsəbəsi “Ləhiş bağları” adlandırılan ərazidə yeni massiv
Suraxanı rayonu
Zığ qəsəbəsi Əmircan-Hövsan yolunun 5-ci kilometrliyinin sağ tərəfindəki və “Dədə Qorqud” adlandırılan əraziyə düşən yeni massiv
Hövsan qəsəbəsi Hövsan-Türkan yolunun sol tərəfindəki ərazidə yeni massiv
Yeni Suraxanı qəsəbəsi Dəmir yolunun yaxınlığındakı ərazidə yeni massiv