XƏBƏR LENTİ

24 Noyabr 2020

Digər Xəbərlər

01 Avqust 2019 - 17:36

Gürcüstanda güclü külək və dolu azərbaycanlı ailələrlə ziyan vurub –FOTO

Güclü külək və dolu Gürcüstanda azərbaycanlıların yığcam yaşadığı Bolnisi rayonunun bir neçə kəndində problemlər yaradıb.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, rayonun icra başçısının birinci müavini Buba Qobecişvili və İnfrastruktur departamentinin rəhbəri Konstantin Kordzadze ilə birgə Xatisopeli, Mamxuti (Saraçlı) və Talaver (Faxrali) kəndlərində yaranan vəziyyətlə tanış olublar.

Təbii fəlakət Xatisopeli və Talaver kəndlərindəki yaşayış evlərinin dam örtüklərinə, Mamxuti kəndində isə əkin sahələrinə ciddi ziyan vurub.

Hazırda güclü külək və dolunun kənd sakinlərinə vurduğu ziyanın müəyyən olunması üçün xüsusi komissiya yaradılıb. Komissiyanın rəyindən sonra əhaliyə müvafiq yardım göstəriləcək.