XƏBƏR LENTİ

23 Yanvar 2021

Digər Xəbərlər

02 Avqust 2019 - 10:33

“Azərişıq” ASC-də kadr dəyişikliyi oldu –Qurumdakı yeganə qadın rəis işdən çıxarıldı

“Azərişıq” ASC-də kadr dəyişikliyi baş verib. 

Strateq.az “Report”a istinadla xəbər verir ki, qurumun Tovuz Rayon Elektrik Şəbəkəsinin (REŞ) rəisi Kəmalə Abdullayeva tutduğu vəzifədən azad edilib.

Onun yerinə Zaur Şirəliyev təyin edilib. O, bu vaxta qədər Xəzər rayon Elektrik Şəbəkəsində aparıcı mütəxəssis olub.

K.Abdullayeva isə “Azərişığ”ın enerji satışı departamentinin abonent şöbəsində baş mütəxəssis vəzifəsinə gətirilib.

Xatırladaq ki, K.Abdullayeva “Azərişıq”da REŞ rəisi olan yeganə qadın olub.

Qurumun Mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev təyinatla bağlı məlumatı təsdiq edib.