XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

02 Avqust 2019 - 17:00

Bakı-Gəncə istiqamətində əlavə qatar təyin ediləcək –Qurban bayramında

Qurban bayramı günlərində Bakı-Gəncə-Bakı istiqamətində sərnişinlərin daşınmasına artan təlabatı təmin etmək məqsədilə 10 və 13 avqust tarixlərində əlavə qatar təyin ediləcək.

“Azərbaycan Dəmir Yolları” QSC-dən verilən məlumata görə, Bakıdan 10 avqustda 704 nömrəli Bakı-Gəncə sürətli sərnişin qatarı bir istiqamətə təyin edilir. Qatar Bakıdan saat 07:40-da yola düşəcək və Gəncəyə saat 11:55-də çatacaq.

“Bakıdan və Gəncədən 13 avqustda 704 nömrəli Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarı iki istiqamətə təyin edilir. Qatar Bakıdan saat 07:40-da yola düşəcək və Gəncəyə saat 11:55-də çatacaq, geriyə Gəncədən saat 18:30-da yola düşəcək və Bakıya saat 22:45-də çatacaq”, – deyə məlumatda bildirilir. /Report