XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

18 Yanvar 2016 - 07:56

DSMF sədri: [color=red]”Artım 1 milyon 223 min pensiyaçıya şamil olunacaq”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı "Əmək pensiyalarının baza hissəsinin artırılması haqqında» 16 yanvar 2016-ci il tarixli Sərəncamı ilə yaşa görə əmək pensiyasının baza hissəsinin məbləği 2016-cı il fevralın 1-dən 10 faiz artırılaraq 110 manat müəyyən edilib.

Sərəncamın icrası ilə bağlı Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən Azərbaycanın Milli Qəhrəmanlarının və şəhidlərin ailə üzvlərinin, əlillərin və digər şəxslərin əmək pensiyalarının baza hissəsinə əlavələr də daxil olmaqla bütün növ əmək pensiyaları üzrə aylıq pensiya məbləğlərinin artırılaraq yenidən hesablanması təmin ediləcəkdir.

Azərtac xəbər verir ki, bu barədə DSMF-nin sədri Elman Mehdiyev yanvarın 18-də keçirilən mətbuat konfransında məlumat verib.

E.Mehdiyev bildirib ki, dünyada proqnozlaşdırılması çətin olan maliyyə və iqtisadi proseslərin baş verdiyi hazırkı şəraitdə Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sosial proqramlar vaxtında reallaşdırılır, o cümlədən əhalinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri davam etdirilir.

Fond sədri Azərbaycanda 1 yanvar 2016-cı il tarixə 1 milyon 296 min pensiyaçının olduğunu bildirib. O, nəzərə çatdırıb ki, Azərbaycan Respublikası Prezidentinin əmək pensiyalarının baza hissəsinin artırılmasına dair sərəncamı təxminən 1 milyon 223 min pensiyaçıya şamil olunacaq. Bu artımdan yararlanmayan qulluq stajına görə əmək pensiyasına əlavələr alanlar, yəni dövlət qulluqçuları, hərbi qulluqçular və digər bu kateqoriyaya aid pensiyaçıların sayı 73 min nəfərdir. Onların pensiyaları isə "Əmək pensiyaları haqqında" Qanuna uyğun olaraq fərqli qaydada artırılır.

DSMF sədri deyib ki, pensiyanın baza hissəsini 100 faiz alanların (1 milyon 169 min nəfər) pensiyasının artımı 10 manat, bəzi kateqoriyaya aid olan pensiyaçılarda isə daha çox olacaqdır. Belə ki, pensiyanın baza hissəsini 120 faiz həcmində alanlar ((I qrup gözdən əlillər istisna olmaqla) 17 min nəfər)) üzrə artım 13 manat, pensiyanın baza hissəsini 200 faiz həcmində alanlar üzrə ((I qrup gözdən əlillər) 8700 nəfər)) isə 21 manat təşkil edəcəkdir.

Milli qəhrəmanların ailə üzvlərinin pensiyasının baza hissəsi 20 manat artırılaraq 220 manata, şəhid ailəsi üzvlərinin pensiyasının baza hissəsi isə 18 manat 50 qəpik artırılaraq 203 manat 50 qəpiyə çatacaqdır.

Döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarının (Böyük Vətən müharibəsi iştirakçıları istisna olmaqla), habelə döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçuların pensiyasının baza hissəsi 11 manat artacaqdır.

Böyük Vətən Müharibəsi (BVM) iştirakçılarının pensiyasının baza hissəsi 19 manat, I qrup BVM əlillərinin 25 manat, II qrup BVM əlillərinin 21 manat, III qrup BVM əlillərinin isə 19 manat artırılacaqdır.

E.Mehdiyev qeyd edib ki, əmək pensiyalarının baza hissəsinin artımının maliyyələşdirilməsi üçün hər hansı bir problem yoxdur və bu məqsədlərə ilin sonuna kimi təxminən 140 milyon manat əlavə vəsait yönəldiləcəkdir.