XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

06 Avqust 2019 - 10:55

Bəzi rayonlarda qaz təchizatı dayandırılıb –Təmir işləri ilə əlaqədar

Səhər saat 09:00-dan etibarən avqustun 8-dək Qaz İxrac İdarəsinin “Qazıməmməd-Qazax” magistral qaz xəttində təmir işləri planlaşdırılıb.

“Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə Əlaqələr şöbəsindən verilən məlumata görə, bu müddət ərzində Ağsu, Kürdəmir, İsmayıllı və Göyçay rayonlarının bir neçə qəsəbə və kəndində qaz təchizatı dayandırılıb.

Bundan başqa, saat 10:00-dan 18:00-dək Qazax rayonunun mərkəzində də qaz təchizatına müvəqqəti olaraq fasilə verilib. Bu zaman kəsiyində qaz xətlərində aşkarlanmış qaz sızmalarının ləğvi, korroziyaya uğramış hissələrin dəyişdirilməsi işləri icra olunacaq.

Bu gün saat 14:00-dan etibarən isə işlər başa çatanadək Beyləqan rayonunun bir neçə kəndində qaz təchizatı dayandırılacaq. Bu müddət ərzində orta təzyiqli yeraltı qaz kəmərində sazlama işləri aparılacaq. /APA