Mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərlərinin və onların müavinlərinin 2019-cu ilin avqustunda şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə müvafiq olaraq, Azərbaycan Respublikası Baş prokurorunun müavini Namiq Əsgərovun Şəmkir və Tərtər rayonlarının sakinləri ilə avqustun 9-na nəzərdə tutulmuş qəbulunun vaxtı dəyişdirilib.
Baş Prokurorluğun mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, qəbul avqustun 16-da saat 10:00-da Şəmkir Rayon Prokurorluğunun inzibati binasında keçiriləcək.