XƏBƏR LENTİ

23 Avqust 2019
22 Avqust 2019

Digər Xəbərlər

09 Avqust 2019 - 10:56

Xadimə, dalandar, bağban, gözətçi, ocaqçı və fəhlələrin maaşı artırılıb –SİYAHI

Nazirlər Kabineti “Dövlət qulluğu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında” qərarında dəyişiklik edib.

Qərarla dövlət orqanlarında çalışan dövlət qulluqçusu olmayan işçilərin (xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s.) aylıq vəzifə maaşları 2019-cu il sentyabrın 1-dən artırılaraq aşağıdakı məbləğlərdə müəyyən edilib.

Qeyd edək ki, qərar 2019-cu il sentyabrın 1-dən qüvvəyə minir.

Sıra №-si Aylıq vəzifə maaşının məbləği (manatla)
1. Ali kateqoriya dövlət orqanlarında 310
2. 1-ci kateqoriya dövlət orqanlarında 295
3. 2-ci və 3-cü kateqoriya dövlət orqanlarında 280
4. 4-cü və 5-ci kateqoriya dövlət orqanlarında 260